Aygün Kazımova yeni il gecəsini türk müğənni ilə keçirəcək (VİDEO)

Aygün Kazımova yeni il gecəsini türk müğənni ilə keçirəcək (VİDEO)
12:41 14 Dekabr 2015
81 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova Yeni il axşamında Türkiyənin məşhur müğənnisi Çelik ilə duet oxuyacaq.

ANS PRESS-in məlumatına görə, Aygün Kazımova 31 dekabr, Yeni il gecəsini türkiyəli müğənni Çelik ilə birlikdə qeyd edəcək. A.Kazımova və Çelik 31 dekabr paytaxtın əyləncə mərkəzlərindən birində eyni səhnəni bölüşəcək.

Bu barədə konsert təşkilatçısı Nahid Emiloğlu Aygün Kazımova üçün sürpriz hazırlandığını bildirib.

O, türkiyəli müğənni Çelik ilə Aygün Kazımovanın yeni il gecəsi konsert hazırlıqlarından danışarkən, türkiyəli sənətçinin Azərbaycanın xalq artistinə duet təklif edəcəyini bildirib.

Tanınmış müğənni Çelik həm də bəstəkar kimi də tanınır. Çelik yeni yazdığı mahnısını xalq artisti ilə birgə oxumaq istəyir.


Çelik - "Benimki de Kalp"

Xalq artisti bir neçə dəfə xarici müğənnilər ilə səhnəni bölüşüb. İfaçı dünyanın məşhur reperi Snup Doq ilə birgə klip çəkdirib. "Coffe from Columbia" adlı mahnı izlləyicilərin rəğbətini qazandırıb.


Aygün Kazımova və Snupo Doq

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR