Sirkdə dəhşət yaşandı: gimnast ölümdən döndü (FOTO)

Sirkdə dəhşət yaşandı: gimnast ölümdən döndü (FOTO)
12:46 14 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Sirkdə faciə yaşandı. Rusiyada sirk şousu zamanı gimnast 25 metr hündürlükdən yıxılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Nikulin sirkində baş verib. Gimnast Darin Kuzminova ”damla” adlanan çətin texniki fəndi yerinə yetirərəkən yerə düşüb.

Hadisənin görüntüləri tamaşaçılar tərəfindən qeydə alınıb.

Görüntülərdən məlum olur ki, əvvəlcə hər bir şey Kuzminovanın planına uyğun gedir və gimnast gümbəzin üzərinə qalxır, oradan aşağıya gərilən torun üzərinə tullanır. Lakin tor buna tab gətirə bilmir və gərilərək, qızı səhnəyə tullayır.



Bu hündürlükdən yıxılan qızın yenidən ayağa qalması bütün tamaşaçıları şoka salır. Hətta o, sonda çıxışını bitirib, baş əyir və salonu tərk edir.



Daha sonra onu təcili olaraq Sklifosovskov inistutuna çatdırıblar. 25 metrdən düşən qadında beyin silkələnməsi, qapalı kəllə-beyin travması və çoxsaylı əzik, zədələr olduğu müəyyən edilib.

Kuzminova isə özünü yaxşı hiss ertdiyini və bu zədələrin çox cüzi olduğunu, hətta yeni çıxışına hazırlaşdığını bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR