Milli komandada 6 itki

Milli komandada 6 itki
12:52 14 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"a (2:3) məğlub olan "İnter" növbəti matça itkilərlə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bir neçə aparıcı oyunçu "Rəvan"a qarşı sabah keçiriləcək XVII tur oyununu da buraxacaq.
 
4 sarı vərəqə limitini dolduran yarımmüdafiəçi Nizami Hacıyev cəza ucbatından komandasına kömək edə bilməyəcək. Amma yeganə itki Hacıyev olmayacaq. Ay yarımdı "bankirlər"dən ayrı qalan gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri də meydançaya çıxmayacaq. Hətta 23 yaşlı futbolçu üçün ikinci dövrənin bitdiyini də söyləmək olar.
 
"Qarabağ"la XV tur matçında zədələnən braziliyalı hücumçu Dieqo Martinsin durumu isə get-gedə düzəlir. Ancaq həm onun, həm də zədədən yenicə dönən digər futbolçu Mirhüseyn Seyidovun sabah oynayıb-oynamayacağı bəlli deyil.
 
Qeyd edək ki, hücumçu Rauf Əliyev və vətəni İspaniyada müalicə olunan ispaniyalı müdafiəçi İvan Benites də zədədən əziyyət çəkirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR