Yaponiyada Fuci dağına baxan ən uzun asma piyada körpüsü açılıb

Yaponiyada Fuci dağına baxan ən uzun asma piyada körpüsü açılıb
12:53 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Yaponiyanın mərkəzi hissəsində yerləşən Şizuoka prefekturasında müqəddəs Fuci dağına baxan, ölkədə ən uzun asma piyada körpüsünün açılışı olub. Körpüdən Fuci dağı ilə yanaşı, Suruqa körfəzinin və İcu yarımadasının möhtəşəm görüntüsü açılır.
“Mishima Sky Walk” - “Mişimanın göylər cığırı” adı verilən körpü Mişima stansiyası yaxınlığında 70 metr dərinlikdə yerləşəm yarğan üzərində başlayır. Yarğanda sıx ağac cərgələri yerləşdiyinə görə körpünün yarımşəffaf şəbəkəli döşəməsi ilə hərəkət edənlər sanki yaşıl dəniz üzərində addımlayırlar. Körpüdə hərəkət imkanları məhdud olanlar üçün də şərait yaradılıb. Burada iki əlil arabası rahatlıqla yanaşı hərəkət edə bilər.
Dörd milyard yenə başa gələn körpünün inşasına 2012-ci ildə başlanılıb. Bu maraqlı turizm obyektində gəzinti təqribən 8,5 dollara başa gələcək. Körpünün yaxınlığında baxış meydançası, suvenirlərin satıldığı mağaza və restoran yerləşir.
Şizuoka prefekturasının yerli hakimiyyət orqanlarının rəyinə görə, “Mişimanın göylər cığırı”nı ildə 1,8 milyon turist ziyarət edəcək. Əgər Hakone dağ kurortunun yaxınlıqda olduğunu nəzərə alsaq, bu rəqəmin reallığı əks etdirdiyini demək olar.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_Fuci_dagina_baxan_en_uzun_asma_piyada_korpusu_achilib-910998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR