Filippində yüksək şiddətli fırtına təhlükəsi xəbərdarlığı olunub

Filippində yüksək şiddətli fırtına təhlükəsi xəbərdarlığı olunub
12:57 14 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Filippin hökuməti "Melor" tayfun qasırğasının yaxınlaşması ilə əlaqədar 700 mindən çox adamı sahilyanı bölgələrdən evakuasiya edib.
"Report" AFP-yə istinadən xəbər verir ki, fövqəladə vəziyyətlərdə milli idarəetmə mərkəzi Albay vilayətində yağan leysan səbəbindən Mayon vulkanı regionundakı yamaclarda torpaq sürüşməsi ehtimalı nəzərə alınaraq təxminən 600 min nəfərin təxliyyə edildiyini məlumat verib. Qonşu Sorsogon əyalətindən isə 130 min insan evakuasiya edilib.
"Melor" tayfun qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar olaraq, regionda ən yüksək təhlükə səviyyəsində fırtına xəbərdarlığı elan olunub. Hökumət rəsmiləri müvəqqəti olaraq məktəblərin, bəzi ofislərin bağlanmasına qərar verib, eləcə də FHN işçilərinə hər an hazır vəziyyətdə olmağı tapşırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/filippinde-en-yuksek-tehluke-seviyyesinde-firtina-xeberdarligi-elan-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR