Azərbaycanlı yazıçının Moskvada audiokitabı çıxıb

Azərbaycanlı yazıçının Moskvada audiokitabı çıxıb
12:58 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Moskvada Azərbaycan yazıçısı Varisin “Üç üstəgəl bir” adlı audiokitabı işıq üzü görüb.
Müəllif AZƏRTAC-a bildirib ki, Şərqi Avropanın ən böyük elektron və audiokitab ticarəti şirkəti “LitRes”in, habelə “İnternational Writers Union” təsisatının sifarişi ilə hazırlanan audiokitab bu gündən etibarən satışa çıxarılıb. Tirajın bir hissəsi isə beynəlxalq almanaxlara və ədəbi jurnallara, o cümlədən, 20 min tirajlı populyar “Russkiy kolokol” jurnalına əlavə olunacaq.
“Üç üstəgəl bir” 1 saat 47 dəqiqə həcmindədir, mətni aktyor Dmitri Karıgin səsləndirir. İnsanı pozitivliyə kökləyən, “bir az güc, bir az səbir, dözüm toplasaq, hər bir ağırlığa dözə, hər bir bəlaya güc gələ bilərik. Sadəcə, sınmamağımız və özümüzə güvənməyimiz lazımdır” cümlələri ilə tamamlanan audiokitab psixoloji nəşr təsnifatına aid edilərək geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_yazichinin_Moskvada_audiokitabi_chixib-911001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR