Respublika ərazisində qar yağacaq (VİDEO)

Respublika ərazisində qar yağacaq (VİDEO)
13:01 14 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 14-də Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq və yağış yağacaq. Havanın temperaturunun gündüz 11 ° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 6° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra daha da güclənəcək. Havanın temperaturu isə 10° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcək, axşama doğru sulu qar və qar yağacağı ehtimal edilir. Havanın temperaturunun 7° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacağı bildirilir. Havanın temperaturu 12° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Şimal-şərq istiqamətində əsən külək axşama doğru daha da güclənəcək. Bəzi ərazilərdə zəif dumanvə çiskin müşahidə olunacaq. Havanın temperaturunun gündüz 10° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu və yağmurlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Gün ərzində yağan sulu qar axşama doğru qarla əvəzlənəcək. Havanın temperatur isə 6° istini göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR