BANM-da beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri başa çatıb

BANM-da beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri başa çatıb
13:03 14 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları tərəfindən aparılan beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri başa çatdırıb.
Bu münasibətlə BANM-da TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi yad edilib.
Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda BANM-ın rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbdə üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyib və təhsil müəssisəsinin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını vurğulayıb. Rektor bu istiqamətdə işlərin sürətlə aparıldığını bildirib.
Bakı Ali Neft Məktəbinin uğurlu fəaliyyəti barədə fikirlərini bildirən TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-ın gələcəkdə digər modullar üzrə yeni standartların əldə edilməsinə nail olacağına əminliyini diqqətə çatdırıb.
BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahibdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BANM_da_beynelxalq_standartlarin_tetbiqine_dair_qiymetlendirme_tedbirleri_basa_chatib-911008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR