Şərq tərəfdaşlığı proqramı Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının iclasında müzakirə olunacaq

Şərq tərəfdaşlığı proqramı Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının iclasında müzakirə olunacaq
13:27 14 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Nazirlər Şurası Brüsseldə quruma daxil olan 28 ölkənin xarici işlər nazirləri səviyyəsində iclasa başlayıb. "Report" xəbər verir ki, İclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə keçiriləcək.
Görüş zamanı Aİ ölkələrinin xarici işlər nazirləri Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) ilə əməkdaşlıq məsələlərini, terrorizmə qarşı mübarizə tədbirlərini, İraq və Liviyadakı vəziyyəti müzakirə edəcək.
Eyni zamanda rəsmi nahar zamanı nazirlər Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə regional çağırışları müzakirə edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/serq-terefdasligi-proqrami-brusselde-avropa-i-ttifaqi-nazirler-surasinin-iclasinda-muzakire-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR