Estoniyanın dövlət radiosunda Rəşid Behbudov haqqında veriliş yayımlanacaq

Estoniyanın dövlət radiosunda Rəşid Behbudov haqqında veriliş yayımlanacaq
13:28 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tallin, 14 dekabr, AZƏRTAC 
Estoniyanın dövlət radiosunda “Ocaq” verilişinin dekabrın 23-də efirə gedəcək növbəti buraxılışı dünya şöhrətli müğənni Rəşid Behbudova həsr olunacaq.
Verilişin aparıcıları Sənəm Əliyeva və Anarə Axundova dinləyiciləri ölməz sənətkarın həyat və yaradıcılığı haqqında məlumatlandıracaqlar. Veriliş boyu SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Behbudovun və qızı Rəşidə Behbudovanın ifasında mahnılar səsləndiriləcək.
Verilişin ikinci süjeti məşhur Qarabağ atlarına həsr olunacaq. Aparıcılar atçılığın Azərbaycanda qədim zamanlardan inkişaf etməsindən və nadir Qarabağ at cinslərindən söhbət aparacaqlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Estoniyanin_dovlet_radiosunda_Resid_Behbudov_haqqinda_verilis_yayimlanacaq-911017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR