Bakıda dəhşətli qəza: ata və 4 yaşlı oğlu yaralandı, 2 yaşlı oğlu isə öldü

Bakıda dəhşətli qəza: ata və 4 yaşlı oğlu yaralandı, 2 yaşlı oğlu isə öldü
13:32 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 13-ü, saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi "VAZ-2107" və Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi "Opel-Frontera" markalı avtomobillər toqquşub.

Nəticədə A.Abbasov və oğlu, 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdiriliblər. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR