Özbəkistanda keçirilən konfransda ölkədə milli azlıqlar üçün yaradılan şəraitdən danışılıb

13:33 14 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 14 dekabr, AZƏRTAC 
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində (BMM) Özbəkistanın Konstitusiya Günü münasibətilə elmi-praktik konfrans keçirilib. Tədbirdə ölkədə milli azlıqlara yaradılan şərait haqqında söhbət açılıb.
BMM-in sədri Nəsrəddin Məhəmmədiyev bildirib ki, Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri yaşayır və onların hüquqları ölkə qanunları ilə qorunur.
Özbəkistan Baş nazirinin müavini, Respublika Qadınlar Komitəsinin sədri Elmira Basitxanova deyib ki, ölkədə yaşayan milli azlıqların nümayəndələri səhiyyə, elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.
Diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri, bu yaxınlarda “Dostluq” ordeninə layiq görülən Mobil Məmmədov çıxışında soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolu haqqında məlumat verib. Bildirib ki, hazırda Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tanınmış soydaşlarımız da çoxdur.
M.Məmmədov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Sonra RAMMM nəzdindəki gənclər birliyinin üzvü Arzu Mirqasımova xalqlarımızın dostluğu haqqında şeir oxuyub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanda_kechirilen_konfransda_olkede_milli_azliqlar_uchun_yaradilan_seraitden_danisilib-911027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR