Braziliyalılar prezidentin impiçmentinə dəstək olaraq nümayişə çıxıblar

Braziliyalılar prezidentin impiçmentinə dəstək olaraq nümayişə çıxıblar
13:38 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Minlərlə braziliyalı konqresdən ölkənin hazırkı prezidenti Dilma Russefi istefaya göndərməyi tələb edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nümayişlər müxtəlif şəhərlərdə, o cümlədən paytaxt Brazilia və müxalifətin əsas mərkəzlərindən biri olan San-Paulu şəhərlərində təşkil olunub. Hazırkı etiraz aksiyaları parlamentin impiçment prosesinə başlaması fonunda keçirilir.
Xatırladaq ki, müxalifət Dilma Russefi vəzifəsindən sui-istifadə etməkdə, əsasən 2014-cü ildə dövlət vəsaitini yenidən dövlət başçısı postuna seçilməsi üçün xərcləməkdə təqsirləndirərək onun istefasını tələb edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Braziliyalilar_prezidentin_impichmentine_destek_olaraq_numayise_chixiblar-911028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR