Bu zonalarda güclü zəlzələlər gözlənilir - SİYAHI

Bu zonalarda güclü zəlzələlər gözlənilir - SİYAHI
13:44 14 Dekabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi bölgələrdə mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur

Azərbaycanda güclü zəlzələlərin baş verməsi gözlənilən zonalar açıqlanıb.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən geomaqnit sahə gərginlikləri variyasiyalarının və qradient artımlarının analizi Şəki-Şamaxı və Kürətrafı-Talış proqnostik poliqonlarındakı gərgin-deformasiya zonalarını əhatəyə almağa imkan verib.

 

Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala - Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclüzəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir.

 

Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı - Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı - Şamaxı - Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.

 

Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin Yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqli 3  ədəd qravimetrik stansiyaları (Scrintex AutoGrav C G – 5) açılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR