"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub
14:02 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub.
"Report"un "SOCAR Trading"ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimdə şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb.
Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-trading-sirketine-platts-global-energy-awards-in-mukafati-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR