Polad Bülbüloğlunun 13 yaşlı oğlu beynəlxalq festivalda dirijorluq edəcək

Polad Bülbüloğlunun 13 yaşlı oğlu beynəlxalq festivalda dirijorluq edəcək
14:12 14 Dekabr 2015
8 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir art-festivalında mahnı ifa edəcək. Orkestrin dirijoru isə səfirin oğlu Murtuza olacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə festivalın bədii rəhbəri Vadim Repin bildirib.

"Bizim uşaqlar üçün olan ənənəvi proqramımızda Polad Bülbüloğlunun 13 yaşlı oğlu Murtuza iştirak edəcək. O, pis dirijorluq etmir. Bir kompoziyanın dirijorluğunu onun öhdəsinə vermişik. Oğluna dəstək olmaq istəyən Polad Bülbüloğlu da festivala gələcək. O, mahnı ifa edəcəyinə söz verib", - deyə V.Repin qeyd edib.

III Transsibir art-festivalı gələn il aprelin 9-24-də keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR