​Bakıda satıcı müştərini bıçaqlayıb

​Bakıda satıcı müştərini bıçaqlayıb
14:17 14 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda mağazalardan birində bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazanın satıcısı müştərini başından bıçaqla vurub.
Belə ki, mağazada satıcı işləyən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aqşin Rüstəmov Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Polad Axundovla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevirilib. A.Rüstəmov P.Axundovun baş nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-satici-musterini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR