Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır

Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır
14:18 14 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə İraqdan bu ölkənin ərazisində dislokasiya edilmiş tank batalyonunun bir hissəsini çıxarır. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə hərbi mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin tank batalyonu İraq hakimiyyəti ilə saziş çərçivəsində ölkənin Neynəva vilayətində dislokasiya edilib. Məqsəd İŞİD terror təşkilatının silahlıları ilə mübarizə aparmaq üçün kürd nizamlı silahlı dəstələrinə (peşmərgə) hazırlıq keçməkdir.

İraq hakimiyyəti daha əvvəl Türkiyə qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2469255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR