Xoşqədəm Hidayətqızının verilişində dəyişiklik

Xoşqədəm Hidayətqızının verilişində dəyişiklik
14:21 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ANS telekanalında aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Deməsək olmaz” verilişinin formatında və efir vaxtında dəyişiklik edilib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, bu haqda verilişin prodüseri deyib.

Verilişin efir müddəti 1 saat azaldılıb. Belə ki, X.Hidayətqızı həftə içi 5 gün saat 14:00-dan 15:00-dək efirdə olacaq. Proqramın formatı isə dəyişdirilərək, sırf qadınlar üçün yayımlanacaq. Verilişdə maksimum 3 qonaq olacaq.
 
Xəbəri ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov da təsdiqləyib.
 
Xatırladaq ki, “Deməsək olmaz” verilişi əvvəllər 2 saat 20 dəqiqə yayımlanırdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR