Bakıda Rəşid Behbudovun heykəli qoyulacaq

Bakıda Rəşid Behbudovun heykəli qoyulacaq
14:22 14 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Rəşid Behbudovun heykəli ucaldılacaq.

APA-nın məlumatına görə, bu barədə R.Behbudovun 100 illik yubileyi ilə bağlı Fəxri xiyabanda keçirilən anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.

Nazir müavini deyib ki, heykəl Bakının ən gözəl yerlərindən birində ucaldılacaq: "Əsər 2016-cı ildə qoyulacaq".

Heykəli heykəltəraş Fuad Salayev hazırlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR