Benites: "İlk hissədə heç yaxşı oynamadıq"

Benites: "İlk hissədə heç yaxşı oynamadıq"
14:32 14 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Rafael Benites La Liqanın son turunda "Villareal"a məğlubiyyəti şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis bunları deyib:

"İlk hissə barədə izah vermək çətindir. Futbolda bəzən belə şeylər olur və bu gün bizim də başımıza gəldi. İlk hissədə heç yaxşı oynamadıq. Planımızı həyata keçirə bilmədik. İkinci hissədə dəqiqlik çatışmadı. Komanda çempionatın yarısını boşa verməyib. Biz, sadəcə, 3 xal itirdik. Vacibdir ki, ikinci hissədəki kimi bütün oyunlarda çıxış edək. Fasilədən sonra komandanın göstərdiyi reaksiya məni sevindirdi. Biz hələ də qapı çərçivəsinə nə çox zərbə endirən komandayıq. Amma dəqiqlik üzərində işləmək lazımdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR