Azərbaycanda sənaye məhsullarının qiymətləri ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının qiymətləri ucuzlaşıb
14:38 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

2015-ci ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz, emal sənayesi üzrə 1,4 faiz ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz ucuzlaşıb.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft hasilatı üzrə 8,2 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 2,3 faiz bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 6,8 faiz, kimya sənayesi üzrə 5,8 faiz, neft məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 0,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, tikinti materiallarının istehsalı üzrə 2,2 faiz, içki istehsalı üzrə 1,2 faiz bahalaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR