Yevlax rayonunun Aşağı Qarxun kəndinə təbii qaz verilib

14:43 14 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 14 dekabr, AZƏRTAC
Yevlax rayonunun Aşağı Qarxun kəndinə təbii qaz verilib. 150 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15602 metr müxtəlif diametrli metal və ümumi uzunluğu 2832 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi, elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Məlumat verilib ki, indiyədək Yevlax şəhəri və rayonun 49 kənd və qəsəbəsindən 40-ı “mavi yanacaq”la təmin olunub. Təkcə 2015-ci ilin əvvəlindən şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm, Yuxarı Bucaq, Aşağı Bucaq və Qaraoğlan kəndləri qazlaşdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlax_rayonunun_Asagi_Qarxun_kendine_tebii_qaz_verilib-911065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR