Azərbaycan Tələbə Könüllülərinin I forumu keçirilib

Azərbaycan Tələbə Könüllülərinin I forumu keçirilib
14:54 14 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Tələbə Könüllülərinin I forumu keçirilib

Lent.az-ın məlumatına görə, Forum könüllülük hərəkatının inkişafı, müvafiq istiqamətdə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədi ilə təşkil olunub.

 

Tədbir iştirakçılarını salamlayan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə forumun işinə uğurlar arzulayıb.

 

Daha sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan könüllüləri: “Dünən, bu gün və sabah” videoçarxı təqdim olunub.

 

Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək: “Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri yarışlarında və 2017-ci ildə paytaxtda olacaq IV İslam Həmrəylik oyunlarında könüllülərin özünəməxsus imzası olacaq”.

 

Gənclər və idman naziri Azad Rəhimov da çıxış edərək forumun əhəmiyyətindən danışıb.  

Çıxışlardan sonra “BİR” Tələbə- Könüllü Proqramının təqdimatı olub. Bildirilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR