Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək
14:57 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda "Gündoğan ölkənin Odlar Yurdu ilə qovuşması" adlı yapon musiqi konserti keçiriləcək.
"Report" xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan konsert proqramı dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Konsertdə yapon sənətçilər - Kikuçi Kouzan, Masanori Tsubaki və Omodaki Akikonun ifasında ənənəvi yapon musiqisi səslənəcək.
Dekabrın 15-də analoji konsert İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Konsertə giriş pulsuzdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR