Rəşid Behbudovun heykəlinın açılışı olacaq

Rəşid Behbudovun heykəlinın açılışı olacaq
15:06 14 Dekabr 2015
14 Şou
Ölkə mətbuatı
A- A+

"Gələn il Bakıda görkəmli ifaçı Rəşid Behbudovun heykəlinin açılışı olacaq və sənətkarın 100 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri təşkil ediləcək. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirilir. Yubileylə bağlı olaraq Rəşid Behbudovun disklərinin buraxılması, albomunun nəşri, həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişi planlaşdırılır".

Axşam.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Nazir müavini diqqətə çatdırıb ki, gələn il Azərbaycanda unudulmaz sənətkarımız Rəşid Behbudovun adını daşıyan musiqi festivalının da keçirilməsi nəzərdə tutulur. (AzərTac)


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR