Kamal Abdullayev Multikulturalizm Mərkəzində müşavirə keçirib

Kamal Abdullayev Multikulturalizm Mərkəzində müşavirə keçirib
15:14 14 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib. BBMM-indən Lent.az-a verilən məlumata görə, müşavirədə "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub.

 

K. Abdullayev deyib ki, sərəncamdan irəli gələrək il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, dəyirmi masalar düzənlənib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən  alman tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu  kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.

 

Sonra müşavirədə çıxışlar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan "Dədə Qorqud" dastanının dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb.

 

Mədəniyyət və turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib. Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova çıxış edərək prezident İlham Əliyevin sərəncamının bütün Azərbaycan üçün çox vacib olduğunu, Təhsil Nazirliyi üçün də çox böyük  əhəmiyyət kəsb etdiyini və nazirliyin bu sərəncama uyğun olaraq xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif  bölgələrində konfransların keçirildiyini söyləyib.

 

Müşavirənin sonunda 25 dilə tərcümə edilərək çap olunan “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara  hədiyyə edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR