Azərbaycanda daha bir intihar

Azərbaycanda daha bir intihar
15:21 14 Dekabr 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Günün ikinci intihar hadisəsi Ağdaşda qeydə alınıb. Hadisə rayonun Xosrov kəndində baş verib.

Xosrov kənd sakininin ANS PRESS-ə verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Məhəmməd Mirhəsən oğlu Səmədov özünü kənd ərazisində yerləşən taxta-şalban sexinin elektrik anbarında asıb. Onun asılmış meyitini iş yoldaşları aşkarlayıblar.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Məhəmməd Səmədov "Azərişıq" ASC-də elektrik vəzifəsində çalışıb. Bundan başqa o, kənd sakinlərinin evlərində elektrik işləri görürmüş.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu gün Bakıda da 53 yaşlı qadın özünü asıb.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, mənzil 13 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Kamilə Yaqub qızı Məmmədova özünü yaşadığı evin qaz borusundan iplə asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR