Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı - NƏTİCƏLƏR

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı - NƏTİCƏLƏR
15:34 14 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qrup mərhələsini adlayan 16 komanda 8 cütlük təşkil edib.

 

Bu mərhələdə qrup qalibləri ilə ikincilər üz-üzə gələcək. Elə bu üzdən də onlar püşk zamanı fərqli səbətlərdə yer alıb. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməzlər.

 

Püşkatmaların daimi iştirakçısı olan UEFA-nın baş katibi Canni İnfantino ilə yanaşı, tanınmış futbolçu Xavyer Zanetti və qurumun rəsmisi Corcio Marketti də tədbirə qatılıb. Püşk PSJ və “Çelsi”ni yenidən üz-üzə qoyub. “Arsenal” “Barselona”ya rəqib olub.

 

Bundan başqa, ölkəsinin ən titullu klubları “Yuventus”la “Bavariya” da 1/8 finalda qarşılaşacaq.

 

Ümumilikdə 10 ölkə təmsilçisinin iştirak edəcəyi 1/8 final mərhələsinin ilk qarşılaşmaları 16-17 və 23-24 fevralda baş tutacaq. Cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.

 

1/8 final mərhələsi:

"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

"Roma" (İtaliya) - "Real" (İspaniya)

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)

"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)

PSV (Hollandiya) - "Atletiko" (İspaniya)

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

"Dinamo" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR