Sumqayıt Dövlət Universiteti AMEA-nın iki institutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Sumqayıt Dövlət Universiteti AMEA-nın iki institutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb
15:48 14 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 14 dekabr, AZƏRTAC 
Dekabrın 14-də Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutu və Polimer Materialları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Kimya Problemləri İnstitutunun direktoru Dilqəm Tağıyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və Polimer Materialları İnstitutunun direktoru Akif Əzizov ilə SDU-da görüş keçirilib.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzlə tanış olublar.
Sonra “dəyirmi masa” ətrafında elmin, təhsilin inkişafına dair birgə fikir mübadiləsi aparılıb, əməkdaşlıq əlaqələri müzakirə edilib.
Sonda əməkdaşlıq müqaviləsi imzalanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_Dovlet_Universiteti_AMEA_nin_iki_institutu_ile_emekdasliq_muqavilesi_imzalayib-911095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR