“SOCAR Trading”ə “Platts Global Energy Awards”ın mükafatı təqdim olunub

“SOCAR Trading”ə “Platts Global Energy Awards”ın mükafatı təqdim olunub
15:53 14 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Trading” şirkəti sənaye sahəsində nümunəvi liderliyi və innovasiyanın tanınmasını qeyd edən illik proqram - “Platts Global Energy Awards” müsabiqəsinin “İlin strateji razılaşması” nominasiyasında mükafata layiq görülüb.
AZƏRTAC “SOCAR Trading”in saytına istinadla xəbər verir ki, Nyu-Yorkda keçirilən təqdimat mərasimində şirkət həmin mükafata Maltada reallaşdırdığı mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) layihəsinə görə layiq görülüb.
Qeyd edək ki, “Platts Global Energy Awards” 1999-cu ildə təsis edilib və enerji sektorunun “Oskar”ı kimi qəbul edilir. Müsabiqə enerji sahəsində 17 kateqoriya üzrə fəaliyyət istiqamətini özündə birləşdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Tradinge_Platts_Global_Energy_Awardsin_mukafati_teqdim_olunub-911099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR