"Barselona", "Bavariya" və "Real Madrid"in rəqibləri bəlli oldu (FOTO)

"Barselona", "Bavariya" və "Real Madrid"in rəqibləri bəlli oldu (FOTO)
15:56 14 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Nyon şəhərində keçirilən püşkatma mərasimdə UEFA-nın baş katibi Canni İnfantino ilə yanaşı, tanınmış futbolçu Xavyer Zanetti və qurumun rəsmisi Corcio Marketti də tədbirə qatılıb.

Ötən il olduğu kimi "PSJ" Çelsi" ilə qarşı qarşıya gələcəklər. Turnirin sonuncu çempion "Barselona" "Arsenal" ilə qarşılacaq. "Qoca Sinyora" isə turnirin favoritlərindən biri olan "Bayern Münhen" ilə üz üzə gələcək.



Avropanın ən yaxşı 16 komandası üz-üzə gələcəklər.
"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real Madrid" (İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko Madrid" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo Kiyev" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)

Çempionlar liqasının sonuncu qalibi "Barselona" olub. Katalonlar finalda "Yuventus"u məğlub edərək 2014-cü ildə çempion olub. Oyun 3:1 hesabı ilə başa çatıb. Bu katalonlar üçün Çempionlar Liqasında 5-ci qalibiyyət olub.


"Barselona" - "Yuventus" 3-1

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR