Raket zərbəsi 49 nəfərin ölümünə səbəb oldu (VİDEO)

Raket zərbəsi 49 nəfərin ölümünə səbəb oldu (VİDEO)
15:56 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada raket zərbəsi 49 nəfərin ölümünə səbəb oldu.

ANS TV-nin məlumatına görə, Suriyanın üsyançıların nəzarətində olan və paytaxt Dəməşqdən 15 kilometr şimalda yerləşən Duma qəsəbəsində raket zərbəsinin məktəbin yerləşdiyi küçəyə tuş gəlməsi nəticəsində azı 49 nəfər həlak olub. Ölənlər arasında 2 şagird və məktəb direktoru da var. 200-dən çox insanın da yaralandığı bildirilir.

“Frans Press” agentliyinin xəbərinə görə, ölən və yaralananlar arasında xeyli sayda uşaq var. Aviazərbələr Quta bölgəsinin cənubuna, o cümlədən Cobar, Sakba və Duma şəhərlərinə endirilib.



Suriya Yerli Koordinasiya Komitəsindən isə deyilir ki, aviazərbələr zamanı kaset bombalarından da istifadə edilib. Komitə həmçinin Suriya hökumət qüvvələrinin adıçəkilən ərazilərdə məktəbləri, tibb məntəqələrini və insanların sıx olduğu bazarları hədəf alıb. Aviazərbələrin bəzilərinin Rusiya təyyarələri tərəfindən endirildiyi də iddia edilir.

Üsyançıların nəzarətində olan şəhərkənarı qəsəbələr son aylar Bəşər Əsədə sadiq ordu tərəfindən müntəzəm olaraq bombalanır. Müxalif qüvvələr də Dəməşq istiqamətində minaatanlardan azı 40 dəfə atəş açıb, mərmilərdən birinin yaşayış sahəsinə tuş gəlməsi nəticəsində 1 körpənin həlak olduğu, bir neçə nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, İranın İslam İnqilabi Keşikçiləri Korpusunun daha bir generalı Suriyada öldürülüb. Bu ilin oktyabrında Suriyada azı üç iranlı generalın öldürüldüyü barədə məlumat yayılmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR