Avropa Liqası: 1/16 finalın püşkü atıldı

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Püşkatmada iştirak edəcən 32 klub 2 səbətə - səpələnmişlər, səpələnməmişlər - bölünmüşdü:

Səpələnmişlər:

Qrup qalibləri: "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya), "Atletik" (Bilbao, İspaniya)

Çempionlar Liqasından gələnlər: "Porto" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Leverkuzen, Almaniya)

Səpələnməmişlər:

Qrup ikinciləri: "Fənərbağça" (Türkiyə), "Syon" (İsveçrə), "Borussiya" (Dortmund, Almaniya), "Midtiyullan" (Danimarka), "Vilyareal" (İspaniya), "Marsel" (Fransa), "Sent-Etyen" (Fransa), "Sportinq" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Sparta" (Çexiya), "Auqsburq" (Almaniya)

Çempionlar Liqasından gələnlər: "Sevilya" (İspaniya), "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Donetsk, Ukrayna

Püşkatmanın nəticələri isə belədir:

"Valensiya" - "Rapid"

"Fiorentina" - "Tottenhem"

"Borussiya" (Dortmund) - "Porto"

"Fənərbağça" - "Lokomotiv" (Moskva)

"Anderlext" - "Olimpiakos"

"Midtiyullan" - "Mançester Yunayted"

"Auqsburq" - "Liverpul"

"Sparta" (Praqa) - "Krasnodar"

"Qalatasaray" - "Latsio"

"Sion" - "Braqa"

"Şaxtyor" (Donetsk) - "Şalke"

"Marsel" - "Atletik" (Bilbao)

"Sevilya" - "Molde"

"Sportinq" - "Bayer" (Leverkuzen)

"Vilyarreal" - "Napoli"

"Sent-Etyen" - "Bazel"

1/16 finalın oyunları 18-25 fevral tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR