Azərbaycanın ilk milli veb-portalının 20 illiyi qeyd ediləcək

Azərbaycanın ilk milli veb-portalının 20 illiyi qeyd ediləcək
16:06 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk milli veb-portalının 20 illiyi qeyd ediləcək. AMEA-nın www.science.az rəsmi veb-portalının yubileyinə həsr olunan tədbir
İnformasiya Texnologiyaları İnstitutunda təşkil ediləcək.
 
Akademiyadan bildirilib ki, yubiley tədbirində science.gov.az portalının 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində gördüyü işlərə, həyata keçirdiyi layihələrə nəzər salınacaq. Cari ildə ən yeni texnologiyalar tətbiq olunmaqla yeni versiyası hazırlanmış portalın ölkənin mətbuat tarixi və İnternet-media məkanında rolu qiymətləndiriləcək.
 
 
Tədbir çərçivəsində science.gov.az-ın inkişaf perspektivləri də müzakirə olunacaq, portalın fəaliyyətinin gələcəkdə daha səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparılacaq, təkliflər səsləndiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40342-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR