​Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 3,8 faiz azalma qeydə alınıb

​Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 3,8 faiz azalma qeydə alınıb
16:07 14 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda ötən ay ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı əvvəlki - oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq 108 094-ə enib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin, yardım ödənilən ailə üzvlərinin sayı 19 947 nəfər (4,1 faiz) azalmaqla 466 131 nəfər təşkil edib.
Noyabr ayında ölkədə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6 faizi, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdir ki, onlardan 5 178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30 442-i (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5 441 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/unvanli-dovlet-sosial-yardimi-alan-ailelerin-sayinda-3-8-faiz-azalma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR