Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apellyasiya şikayəti verdi

Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apellyasiya şikayəti verdi
16:17 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədov Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs - qəti imkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Onun sözlərinə görə, məhkəmə qərarından hazırlanmış apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs - qəti  imkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR