“Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması ilə bağlı tədbirlərin icrası müzakirə olunub

“Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması ilə bağlı tədbirlərin icrası müzakirə olunub
16:18 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlərin icrası müzakirə olunub.
Müşavirədə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət müşaviri bildirib ki, bu günlər bütün Azərbaycan xalqının, ölkəmizin xaricdəki dostlarının qəlbində Ulu Öndər ağrısı, sızıltısı var. Bütün təşkilatlarda, o cümlədən Multikulturalizm Mərkəzində, Bilik Fondunda və Bakı Slavyan Universitetində anım tədbirləri keçirilib. Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanda yaşayan müxtəlif etnik qrupları, bir-biri ilə yüksək səviyyədə qurulmuş dostluq, qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək idi. Bu gün bunu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində həyata keçirir. Ümummilli Lider Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına çox böyük diqqət ayırırdı və onların öyrənilməsinin bugünkü nəslin tərbiyəsində, azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğuna inanırdı. Ümummilli Liderin layiqli və mənəvi davamçısı Prezident İlham Əliyev bu istiqamətdə ciddi və dəqiq addımlar atmaqdadır. Bu addımlardan biri də xalqımızın mənəvi dəyəri olan, təkcə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olan “Kitabi Dədə-Qorqud” dastanının öyrənilməsi ilə bağlıdır.
Ulu Öndərin bu qaynağa, bu mənəvi mirasa ciddi və son dərəcə tələbat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxarıb. Prezident İlham Əliyev “Kitabi Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar Sərəncam imzaladı və həmin Sərəncamda Azərbaycan dastanının bütün dünyaya tanıdılmasını imzası ilə təsdiq etdi. Sərəncamdan irəli gələrək il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, “dəyirmi masa”lar təşkil edilib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan “Kitabi- Dədə Qorqud” dastanının dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb. Akademik ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud”un Azərbaycan xalqına məxsusluğunu və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib.
Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif bölgələrində konfranslar keçirdiklərini söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Sərəncamın əhəmiyyətindən və təmsil etdikləri təşkilatların həyata keçirdikləri tədbirlərdən danışıblar.
Müşavirənin sonunda “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara hədiyyə edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhurların BİƏDƏB GEYİMLƏRİ: elə yerləri görünür ki... - RÜSVAYÇI FOTOLAR

20 Sentyabr 2017 11:48

Azərbaycanda əhalinin orta yaş dövrünün artması altsheymer xəstəliyinin artma tezliyini yüksəldib

20 Sentyabr 2017 11:47

Vəkil Akif Çovdarova bəraət istəyib

20 Sentyabr 2017 11:47

Messi 300-ü keçdi

20 Sentyabr 2017 11:39

Poker Messini yubileyə qovuşdurdu

20 Sentyabr 2017 11:37

Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən etməyi öyrənib

20 Sentyabr 2017 11:35

Alimlər kompüter təlimi üçün kvant kompüterlərindən istifadəni təklif ediblər

20 Sentyabr 2017 11:35

Şeyxin qudası Hacı Qalibin oğlu həbsdə qaldı

20 Sentyabr 2017 11:34

Səudiyyə Ərəbistanından

20 Sentyabr 2017 11:34

İlham Əliyev bu gün BMT-də çıxış edəcək

20 Sentyabr 2017 11:33

Sabiq deputatın həbsdəki oğlu barədə QƏRAR VERİLDİ

20 Sentyabr 2017 11:33

Qalib Salahzadənin oğlunun apellyasiya şikayəti təmin edilməyib

20 Sentyabr 2017 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirilib

20 Sentyabr 2017 11:32

Şəbnəm Tovuzlu kökəlib

20 Sentyabr 2017 11:31

Azərbaycandan islam ölkələrinə ÇAĞIRIŞ: "Ermənistanla əməkdaşlığı məhdudlaşdırın"

20 Sentyabr 2017 11:29

Azərbaycanda son 14 ildə BELƏ İSTİ OLMAYIB: yaxın 3 gündə...

20 Sentyabr 2017 11:28

Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb

20 Sentyabr 2017 11:27

Azərbaycanın XİN başçısı: "Regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb"

20 Sentyabr 2017 11:27

Oğrular polis bölməsini soydular

20 Sentyabr 2017 11:23

"Kapital Bank" yeni layihəsini təqdim edib

20 Sentyabr 2017 11:22

"Şahdəniz"dən indiyədək hasil olunan qazın həcmi

20 Sentyabr 2017 11:22

Qarabağ kanalında qadın meyiti tapılıb

20 Sentyabr 2017 11:17

UEFA "Qarabağ" - "Roma" matçı ilə bağlı statistik məlumatları açıqlayıb

20 Sentyabr 2017 11:17

Dmitri Nazarovdan 90 dəqiqə

20 Sentyabr 2017 11:17

İlham Əliyev bu gün BMT Baş Assambleyasında çıxış edəcək

20 Sentyabr 2017 11:16

İsti hava şəraiti neçə gün davam edəcək?

20 Sentyabr 2017 11:14

İŞİD üçün döyüşən azərbaycanlılara 23 illik CƏZA TƏLƏBİ

20 Sentyabr 2017 11:13

Yaşlı kişi yanaraq öldü

20 Sentyabr 2017 11:12

Yevlaxda kanaldan meyti tapıldı

20 Sentyabr 2017 11:09

Prezidentdən SOS: “Həyatım üçün təhlükə var”

20 Sentyabr 2017 11:08

Elmar Məmmədyarov: "Azərbaycan Qarabağ məsələsində İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir"

20 Sentyabr 2017 11:07

Prokuror İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılara cəza istəyib

20 Sentyabr 2017 11:07

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində icra başçısı ifadə verəcək

20 Sentyabr 2017 11:07

Bel ağrıları və disk yırtıqlarının 1 iynə ilə müalicəsi

20 Sentyabr 2017 11:04

Meksikada zəlzələ: Ölü sayı 226 nəfərə çatdı

20 Sentyabr 2017 11:04

Elza Seyidcahana "ağır itki"

20 Sentyabr 2017 11:02

Həftəsinə 40 min manat qazanan məşhur aktrisa BAHALIQDAN ŞİKAYƏTLƏNDİ - FOTO

20 Sentyabr 2017 10:58

Mərkəzi Bankın qərarı nəyə hesablanıb?

20 Sentyabr 2017 10:58

Ziya oynadı, "Den Boş" qələbə qazandı

20 Sentyabr 2017 10:57

Uşağın qızdırmasını aşağı salan üsullar

20 Sentyabr 2017 10:55

TƏHLÜKƏ: Bakıya "quyu qazan" quyular - ARAŞDIRMA

20 Sentyabr 2017 10:54

Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

20 Sentyabr 2017 10:53

Mübariz Qurbanlının Masallıda nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib

20 Sentyabr 2017 10:52

Bakıda təsiredici marketinqə həsr ediləcək tədbir keçiriləcək

20 Sentyabr 2017 10:52

Timsah uşağı diri-diri yedi

20 Sentyabr 2017 10:50

İcra başçısı dələduzluq işinə görə məhkəməyə gətiriləcək

20 Sentyabr 2017 10:44

Bu gün neftçilərin peşə bayramıdır

20 Sentyabr 2017 10:44

Türkiyəli alimin 10 gün əvvəlki PROQNOZU GERÇƏK OLDU - Dəhşətli ZƏLZƏLƏ

20 Sentyabr 2017 10:43

“Nikoil Bank” yeni kredit aksiyasına başlayıb

20 Sentyabr 2017 10:42

Azərbaycan: Hamilə qadın yol qəzasında öldü

20 Sentyabr 2017 10:40