ABŞ "Günəşli" yatağındakı qəzanın təhlilində köməyini təklif edib

16:27 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.
“Bu ağır günlərdə ABŞ sizin kədərinizi bölüşür”, – deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib. “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”, - deyə ABŞ-ın xüsusi elçisi qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/abs-gunesli-yatagindaki-qezanin-tehlilinde-komeyini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR