Elektrik özünü aliminium məftillə asdı

Elektrik özünü aliminium məftillə asdı
16:32 14 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

"Azərişıq" ASC-nin əməkdaşı, 49 yaşlı Məhəmməd Səmədovun intiharının bəzi təfərrüatları məlum olub.

AzNews.az-a daxil olan məlumata görə, mərhumun intihar etməsinə səbəb külli miqdarda borcunun olmasıdır. O, borclarını qaytara bilməyib və bu səbəbdən də özünü asıb.

Məsələ ilə bağlı Ağdaş Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Müstəntiq Pərviz Cəlilov AzNews.az-a açıqlamasında bu barədə məlumatsız olduqlarını bildirdi: "Hadisə bu gün səhər 9 radələrində baş verib. Məhəmməd Səmədov elektrik avadanlıqları tövləsində alüminium teli ilə özünü asaraq intihar edib. Hadisə yerinə baxış keçirərkən tövlədə mərhumun paltarı və telefonu olub. Borcu olduğu üçün özünü asması məsələsi ilə bağlı hələ ki məlumatsızıq. Bu barədə araşdırmalar bitdikdən sonra nəsə demək olar".

Qeyd edək ki, bu gün Ağdaş rayonunun Xosrov kəndi ərazisində intihar hadisəsi baş verib. Kəndin sakini, 49 yaşlı Məhəmməd Mirhəsən oğlu Səmədov taxta-şalban sexinin elektrik anbarından özünü asaraq intihar edib.

İntihar edən şəxsin "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş elektrik şəbəkəsində elektrik vəzifəsində çalışdığı məlum olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR