​Tanışını bıçaqlayan şəxsə hökm oxunub

16:47 14 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.İlyasov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Siyəzən rayonunda baş verib. Rayon sakini Seyran Babayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Samir İlyasov tutulub. O, hadisəni şəxsi münasibətlər zəminində törətdiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR