Düz bağırsağında 66 həb gizlədibmiş

Düz bağırsağında 66 həb gizlədibmiş
16:49 14 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn şəxsdən xeyli narkotik götürülüb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Elşad Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bağlamada, 66 ədəd həb şəklində olan metadon aşkar edilib.

 

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 66 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 2,62 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR