Ərdoğan-Putin görüşü ləğv edildi (FOTO)

Ərdoğan-Putin görüşü ləğv edildi (FOTO)
16:56 14 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə-Rusiya arasında sabaha planlaşdırılan sammit ləğv edilib. ANS PRESS-in məlumatına görə, Kreml bu barədə məlumat yayıb.

Rusiya - Türkiyə Əməkdaşlıq Şurasının Sankt-Peterburqda 15 dekabra planlaşdırılan görüşü olmayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, belə bir sammit olmayacaq və planlaşdırılmır.

Noyabr ayının sonlarında Peskov bu görüşün ləğv olunub-olunmayacağının dəqiqləşmədiyini bildirmişdi.


Dmitri Peskov Rusiya prezidentinin mətbuat şöbəsinin katibi.

Daha əvvəl isə bu barədə məlumatı mediyaya “Rossotrudniçestvo”nun rəhbəri Lyubov Qlebova vermişdi. “Dövlət başçıları görüşlər barədə qabaqcadan məlumat verilir və belə bir görüş dekabra təyin edilmişdi. Rusiya-Türkiyə forumu prezidentlərin görüşü gerçəkləşərsə işə başlayacaq. Amma bu o demək deyil ki, Rusiya Türkiyə ilə münasibətlərini yumşaltmağa çalışır.

"Siyasi səviyyədə baş verən hadisələr Rusiya-Türkiyə münasibətlərini pozmamalıdır, bu münsibətlər stabil olub, ənənəvi dostluq münsibətləri əsasında qurulub”.


Lyubov Qlebova “Rossotrudniçestvo”nun rəhbəri.


Sammitdə həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanında iştirak edəcəyi gözlənilirdi.

Belə bir tədbirin keçirilməsi haqqında Rusiya və Türkiyə prezidentləri 2015-in noyabrında G20-nin Antalyadakı sammiti çərçivəsində razılığa gəliblər.

Rusiya və Türkiyə arasında münasibətlər Rusiyaya məxsus "Su 24" təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulmasından sonra korlanıb.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR