​Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

​Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb
16:57 14 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər.
Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 15-də yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/bakida-azerbaycan-turkiye-8-ci-yuksek-seviyyeli-herbi-dialoq-i-clasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR