Həmyerlisini bıçaqlayan şəxsə 5 il 2 ay həbs cəzası

Həmyerlisini bıçaqlayan şəxsə 5 il 2 ay həbs cəzası
16:59 14 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir İlyasovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S.İlyasov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Siyəzən rayonunda baş verib. Rayon sakini Seyran Babayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Samir İlyasov tutulub. O, hadisəni şəxsi münasibətlər zəminində törətdiyini bildirib.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR