Misir Rusiyaya məxsus “A321” laynerində terror aktı versiyasını təsdiq etmir

17:03 14 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 14 dekabr, AZƏRTAC
Misirin Rusiyaya məxsus “A321” laynerinin qəzaya uğramasını təhqiq edən istintaq komissiyası təyyarənin bortunda terror aktının törədildiyini təsdiq edən sübutları hələlik əldə etməyib.
Qəzanın təhqiqi üzrə beynəlxalq komissiyanın sədri Əyman əl-Mükəddim bildirib ki, Rusiya təyyarəsində qəzanın təhqiqinin nəticələrinə dair ilkin məruzəyə hazırlıq artıq başa çatıb.
Onun sözlərinə görə, istintaq komissiyası qanunsuz xarici təsiri, yaxud terror aktını sübut edən faktları hələ də əldə etməyib. Komissiya öz işini davam etdirir.
Xatırladaq ki, oktyabrın 31-də Sinay səmasında qəzaya uğrayan Rusiyaya məxsus “Airbus A321” layneri Şərm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_Rusiyaya_mexsus_A321_laynerinde_terror_akti_versiyasini_tesdiq_etmir-911139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR