Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
17:03 14 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin hava daşımaları komandiri, general-leytenant Tayfur Fikrət Erbilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Türkiyənin Azərbaycandakı hərbi attaşesi İhsan Başbozkurt da görüşdə iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Turkiye_arasinda_mudafie_senayesi_sahesinde_emekdasliga_dair_muzakireler_aparilib-911138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR