Kremldən qəti "yox!"

Kremldən qəti "yox!"
17:05 14 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan zirvə baş tutmayacaq.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Xatırladaq ki, prezidentlər arasında görüşün keçirilməsinə Antalyada keçirilən G 20 zirvəsində qərar verilmişdi.

Rusiyaya məxsus təyyarənin vurulmasından sonra görüşün təxirə salındığı barədə xəbərlər yayılsa da, rəsmi açıqlama verilməmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR