""Barcelona"da oynamaq başqa şeyə bənzəməz"

""Barcelona"da oynamaq başqa şeyə bənzəməz"
17:05 14 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona" Klublarası Dünya Çempionatında iştirak etmək üçün Yaponiyaya yollanıb. Goal.az xəbər verir ki, bundan öncə klubun braziliyalı hücumçusu Neymar fikirlərini "Globo Esporte" ilə bölüşüb:

"Turnir barədə. Bizim üçün yaxşı imkandır. Hər futbolçu Klublararası Dünya Çempionatında qalib gəlməyi arzu edir. Etdiyimiz işə davam etsək, kubok bizim olacaq.

Ambisiyalar. Bu komandanın ən üstün cəhəti bütün oyunçuların qələbəni sevməsi və müntəzəm inkişaf etmək ehtirasıdır. Heç zaman ikinciliyi yaxşı hesab etmərik. Hər dəfə meydana çıxanda əvvəlki matçdan daha yaxşı oynamağa çalışırıq.

Oyunçu kimi yetkinləşmək. Kiçik yaşlarımdan məsuliyyəti üzərimə götürməyə başlamışam. Messinin bir müddət meydana çıxa bilməməsi əlavə məsuliyyəti üzərimə götürmək anlamına gəlirdi. Onun yoxluğunu çox da hiss etməmək üçün kifayət qədər keyfiyyətli futbolçularımız var. "Barcelona"da oynamaq başqa şeyə bənzəməz. Burada adaptasiya çox çətindir. Hər kəs bunu bacarmır. Mənə qalanda, ötən yanvardan yaxşı oynadığımı düşünürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR