Xarici Kəşfiyyat Xidmətinin rəisi kimdir?

Xarici Kəşfiyyat Xidmətinin rəisi kimdir?
17:12 14 Dekabr 2015
911 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.

Orxan Sedyar oğlu Sultanov prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Orxan Sultanov bundan əvvəl Xarici İşlər Nazirliyi sistemində işləyib. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb.

O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı bəlli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR